AZ

Avtomobil velosipedçini vuraraq ÖLDÜRDÜ – FOTO

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Ş.Səmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili velosipedçi Girdəni kənd sakini, 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

Seçilən
46
12
nocomment.az

10Mənbələr