AZ

Türkiyənin turizm şirkətləri Azərbaycanda

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

İştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib. Həmçinin, Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub.

Planlaşdırılmış səfər sərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensiallı məkanlar ziyarət edilib.

Səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüş keçirərək. gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389 min 173 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.

Qəzənfər QASIMOV
XQ

phrase_var_article.chosen
23
13
xalqqazeti.az

10phrase_var_article.sources