AZ

Vanuatuda 7,3 bal gücündə güclü zəlzələ olub

Sakit okeanın Vanuatu adasında 7,3 bal gücündə zəlzələ baş verib, paytaxt Port Viladakı binalar, o cümlədən ABŞ və digər səfirliklərin yerləşdiyi binalar dağılıb.

AZƏRTAC ABŞ Geoloji Xidmətinin məlumatına istinadla xəbər verir ki, səlahiyyətlilər sunami riskinin olmadığını təsdiqləyib. Zəlzələnin episentri Vanuatunun əsas adası olan Efate sahillərindən təxminən 30 kilometr aralıda, 57 kilometr dərinlikdə yerləşib.

İtkilər barədə rəsmi məlumat verilməsə də, hadisə şahidləri xeyli sayda insanların öldüyünü söyləyiblər.

İllik Dünya Risk Hesabatına görə Vanuatu zəlzələ, tufan, daşqın və sunami kimi təbii fəlakətlərə ən çox həssas olan ölkələrdəndir.

Seçilən
12
13
yeniazerbaycan.com

10Mənbələr