AZ

ABŞ İngiltərədə taktiki nüvə silahı yerləşdirə bilər

Bakı. Trend:

ABŞ yaxın illərdə İngiltərənin Suffolkdakı Lakenheath hərbibazasında taktiki nüvə silahları yerləşdirməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Məlumata görə, hazırda ABŞ Lakenheath bazasında bir neçə milyonfunt-sterlinq dəyərində taktiki nüvə silahları üçün xüsusi anbarinşa edir. Bu infrastrukturun yaxın bir neçə il ərzindətamamlanacağı gözlənilir.

Hazırda Amerikanın təxminən 100 B61 nüvə bombası Avropadakı NATOölkələrində - Belçika, İtaliya, Hollandiya, Türkiyə və Almaniyadayerləşdirilib. Daha 150-yə yaxın nüvə bombası isə ABŞ ərazisindəsaxlanılır.

Eyni zamanda, nəşr bildirir ki, Böyük Britaniya və Fransa öztaktiki nüvə silahlarını hazırlamaq məqsədilə ikitərəfli əməkdaşlıqimkanlarını müzakirə edirlər. Bu əməkdaşlıq vasitəsilə London vəParis Vaşinqtondan hərbi asılılığı azaltmağı hədəfləyir.

Seçilən
37
2
az.trend.az

8Mənbələr