AZ

İlham Əliyev bu xarici nəşrləri "yalançı dördlük" adlandırdı - VİDEO

Azərbaycan prezidenti İlham Əliyev "The Washington Post", "The New York Times", "Le Figaro" və "Le Monde" nəşrlərini “yalançı dördlük” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində danışıb.
 

Onun sözlərinə görə, bir sıra Qərb mediası Bakıda keçirilən COP29 iqlim konfransına görə Azərbaycana paxıllıq hissi ilə dolu materiallar dərc etdi, bu, heç bir çətinlik yaratmadı, sadəcə olaraq, ikrah hissi doğurdu.


Dövlətimizin başçısı bu nəşrlərin ünvanına “saxta xəbərlər qrupu” ifadəsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan götürdüyünü deyib:

"Mən bu ifadəni bəyənirəm. Düşünürəm ki, çox tutumlu və çox ünvanlıdır. "The Washington Post", "The New York Times", "Le Figaro" və "Le Monde" "yalançı dördlük"dür. Bu fırıldaqçı "dördlük" ABŞ Dövlət Departamenti ilə birlikdə müxtəlif qeyri-hökumət təşkilatları şəklində hər gün Azərbaycanı nüfuzdan salma kampaniyasına başladı. Bu məqalələrin sayı yəqin ki, onlarca idi".



Bizim.Media

phrase_var_article.chosen
54
50
bizim.media

10phrase_var_article.sources