AZ

Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Deputat qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə "tax-free" rejimində ƏDV-nin geri qaytarılması nəzərdə tutulur:
"Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərinin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.
Bu dəyişiklik, eyni zamanda, tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki yeni dəyişiklikdən sonra turistlərin tibbi xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Eyni zamanda, səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər".
Parlamentarinin sözlərinə görə, sözügedən dəyişikliyin növbəti aydan qüvvəyə minəcəyi gözlənilir.
phrase_var_article.chosen
24
1
oxu.az

10phrase_var_article.sources