AZ

Azərbaycan D-8-ə qəbul edilib

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8)  sammiti zamanı Azərbaycan  D-8 təşkilatının üzvü seçilib, cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın katibliyi İstanbul şəhərində yerləşir.Hazırda D8-in baş katibi nigeriyalı səfir İsiaka Əbdülqədir İmamdır.

Seçilən
17
50
turan.az

10Mənbələr