AZ

MÜSİAD üzvü üç şirkət arasında müqavilə imzalanıb

Sahibkarlar arasında B2B əlaqələrin qurulmasını dəstəkləmək və ticari əlaqələri daha da gücləndirmək məqsədilə MÜSİAD Azərbaycan İstehsal və Ticarət Komissiyası, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının birgə təşkilatçılığı ilə 100-dən çox iş adamının iştirak etdiyi "MÜSİAD Azərbaycan üzvlərinin #BirVəBərabər" adlı görüşü keçirilib.

Modern.az-ın məlumatına görə, görüşdə Türkiyə Respublikasının Azərbaycandakı ticarət müşavirləri, MÜSİAD Azərbaycan üzvləri və dəvətli qonaqlar iştirak ediblər. Görüş zamanı MÜSİAD Azərbaycan üzvləri ticarətin inkişafı, ixracın həcmi, fəaliyyətlərdə fəal iştirak və investisiya qoyuluşlarına verdikləri töhfələrə görə xüsusi təşəkkürnamələrlə təltif olunublar.

Görüşdə əlamətdar hadisə yaşanıb. Belə ki, MÜSİAD Azərbaycan üzvləri  Proyapı Mühendislik və EUROCLİMA şirkətlərinin görüşə evsahibliyi edən Seranit şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalayıb.

İş dünyasında yeni əlaqələrin qurulması və əməkdaşlıqların inkişaf etdirilməsi baxımından görüş uğurlu və faydalı olub.

MÜSİAD Azərbaycan  bütün üzvlərinə göstərdikləri dəstəklərə görə minnətdarlığımızı bildirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Qurum  tədbirə ev sahibliyi edərək qonaqpərvərliyini nümayiş etdirən Seranit Azərbaycan şirkətinin direktoru Ufuk Polata  xüsusi təşəkkürlərini qeyd edib

phrase_var_article.chosen
19
1
modern.az

2phrase_var_article.sources