AZ

Almaniya Prezidenti dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar verəcək

Almaniya

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar verəcək.

Bu barədə Prezidentin saytında məlumat verilib.

“Prezident dedi ki, son günlər mən Bundestaqdakı fraksiyaların təmsilçiləri ilə görüşdüm. Müzakirələrin nəticəsində aydın oldu ki, hazırkı vəziyyətdə sabit Parlament çoxluğunun formalaşdırmağın heç bir əsası yoxdur. Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, dekabrın 27-də Parlamentin buraxılması haqqında qərarımı açıqlayacağam”, - Prezident Dəftərxanasının nümayəndəsi Kerstin Gammelin bu barədə “X” hesabında yazıb.

Məlumata görə, Prezident 23 fevral tarixində növbədənkənar seçkinin keçiriləcəyini elan edəcək.

Seçilən
11
11
xalqcebhesi.az

10Mənbələr