AZ

Türkiyə Suriyadakı Rusiya bazalarının taleyi ilə bağlı açıqlama verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyadakı Rusiya bazalarının taleyini bu ərəb ölkəsinin xalqı həll etməlidir.

Fidan Fransanın “France 24” televiziyasına müsahibəsində “Bu, Suriya xalqının sualıdır, qərar vermək onların öz ixtiyarındadır” deyib.

SİA-nın məlumatına görə, onun açıqlamalarını “Star” qəzeti sitat gətirir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədi uzun müddət dəstəkləyən Rusiya və İran arasında “Suriyanı tərk etmək” üçün mümkün razılaşma barədə suala Fidan bunu “müqavilə” adlandırmayacağını bildirib.

Suriyada baş verən hadisələr fonunda İranın Əsəd administrasiyasını dəstəkləməkdən imtina etməsinin səbəblərindən danışan Fidan bildirib ki, onun fikrincə, Tehran “öz imkanlarını yenidən nəzərdən keçirib və çox realist yanaşma nümayiş etdirib”.

Dekabrın 11-də suriyalı siyasətçi, Cenevrə və Astanada Suriya üzrə danışıqlarda müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş, TASS-a Rusiyanın hərbi bazaları məsələsinin Suriyanın yeni hakimiyyət orqanları tərəfindən Suriya xalqının mənfəətləri və mənafeləri baxımından nəzərdən keçiriləcəyini bildirib.

Əli Babayev

phrase_var_article.chosen
41
48
sia.az

10phrase_var_article.sources