AZ

İran pulunu dəyişir

İran rialı İran tüməni ilə əvəz ediləcək və pul əskinaslarından dörd sıfır silinəcək.Bu barədə "Mehr” agentliyi məlumat yayıb.

Nazirlər Kabineti tərəfindən təklif edilmiş və 2019-cu ildə təsdiqlənmiş sənəd təcili qaydada parlamentə təqdim edilib.

İslahat xroniki inflyasiya, valyutanın alıcılıq qabiliyyətinin azalması, həmçinin gündəlik əməliyyatların həcminin artması və xarici valyutalara nisbətdə milli valyutanın imicinin pisləşməsi ilə bağlı problemlərin həllinə yönəlib.

Qanun layihəsinə əsasən, İranın yeni valyutası – "tümən” 10 000 riala və 100 parsəyə bərabər olacaq. Yeni valyutaya keçidin rahatlığı üçün iki illik keçid dövrü müəyyən ediləcək ki, bu müddət ərzində hesablaşmalarda həm yeni "tümən”, həm də köhnə "rial”dan istifadə etmək mümkün olacaq.

www.anews.az
phrase_var_article.chosen
11
11
anews.az

10phrase_var_article.sources