AZ

Hakan Fidan və Əhməd Şara birgə bəyanatla çıxış ediblər - VİDEO - YENİLƏNİB-5

Xəbərə video əlavə edilib.

***

19:35

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqdə Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüb.

APA TRT Haber-ə istinadən xəbər verir ki, Hakan Fidan və Əhməd Şara birgə bəyanatla çıxış ediblər.

Əhməd Şəranın açıqlamalarında diqqət çəkən məqamlar bunlardır:

“Nazir Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”.

***

19:30

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqdə Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüb.

APA TRT Haber-ə istinadən xəbər verir ki, Hakan Fidan və Əhməd Şara birgə bəyanatla çıxış ediblər.

Hakan Fidanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:

“61 illik Baas rejimi zamanı şəhid olanları rəhmətlə yad edirəm. Mən möhtərəm Prezidentimizin xüsusi salamlarını gətirmişəm. Türkiyə olaraq tarixin doğru tərəfində olmağımızla haqlı olaraq fəxr edirik. Mən bu gün Dəməşqdəyəm, çünki bu gün də sizi ən qaranlıq günlərinizdə olduğu kimi tək qoymayacağıq. Türk xalqı, türk dövləti və prezidentimiz cənab Ərdoğan hər zaman sizinlə olacaq.

Suriyanın azad və firavan olması sizin sayənizdə olacaq. Suriyada dövlət bütün funksiyaları ilə ayağa qalxmalıdır. Suriyada yeni administrasiyanın fürsətə və zamana ehtiyacı var.

Suriya xalqının PKK/YPG ilə mübarizəsində qətiyyətini gördüm. Suriyada PKK/YPG-yə yer yoxdur. PKK/YPG ən qısa zamanda özünü dağıtmalıdır. Baas zülmətindən qurtulan Suriya DEAŞ və PKK-dan təmizlənəcək”.

***

16:56

Xəbərə video əlavə edilib.

***

16:22

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə gedib, yeni administrasiyasının rəhbəri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi görüşdən foto yayaraq məlumat verib.

Bildirilir ki, nazir Fidan Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə görüşüb.

Hakan
phrase_var_article.chosen
6
3
apa.az

10phrase_var_article.sources