AZ

Renat Çorumda oynadı, Həsən kənardan baxdı, "Ankaragücü" 1:1 etdi

Türkiyə 1-ci Liqasında 17-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Çorum"un qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 62-ci dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.

17 turdan sonra 24 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Seçilən
30
3
sportinfo.az

5Mənbələr