AZ

Netanyahu rəsmən açıqladı: Əməliyyat planı hazırdır, İsrail bu ölkəyə girir

İsrailin baş naziri Benyamin Netanyahu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı əməliyyata başlayacaqlarını bildirib.

Publika.az xəbər verir ki, Netanyahu bu barədə Safed şəhərində İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımladığı videoda açıqlama verib.

Baş nazir husilərə qarşı “şiddətli əməliyyat” keçirəcəklərini bəyan edib: “İranın bölgədəki vəkil güclərinə qarşı hərəkətə keçdikləri kimi biz də husilərə qarşı hərəkətə keçəcəyik. ABŞ və bizim kimi digər ölkələr də husiləri təkcə beynəlxalq tranzitlərə deyil, həm də dünya nizamına təhlükə kimi görürlər”.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər dekabrın 19-da İsrailin Yaffa şəhərində iki hərbi obyektin "Fələstin 2" tipli ballistik raketlərlə vurulduğunu açıqlayıb. İsrail ordusunun radiosu Husilərin Yaffaya raket hücumundan sonra ordunun 14 döyüş təyyarəsi ilə Yəməndə 5 hədəfə çoxsaylı hücumlar təşkil etdiyini bildirib.

Seçilən
16
7
publika.az

9Mənbələr