AZ

“Bu ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb

“İşğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.

Nəzərə çatdırıb ki, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib:

“Hazırda işğaldan azad edilən torpaqlarda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir”.

Mina Mikayılova

phrase_var_article.chosen
2
17
bakivaxti.az

10phrase_var_article.sources