AZ

Aydan Rəcəbova yüksək vəzifəyə təyin olundu

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.   Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov  müvafiq əmr imzalayıb. Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Mehriban Əlizadə 2010-cu ildən sözügedən idarədə rəis müavini və rəis vəzifəsində çalışıb. Fotoda: Mehriban Əlizadə

Seçilən
7
39
manset.az

10Mənbələr