Bakı. Trend:
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə noyabr ayının sonundadövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 301 minədəd artaraq 19 milyon 463 min ədəd təşkil edib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici 17,5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə19,7%, kredit kartları üzrə 3,2% təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbəttəsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsızəməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4dəfə artıb.
2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyatakeçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6939 milyon manattəşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5978 milyonmanatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyonmanatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmətterminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64%-ni təşkiledib.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrədinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayınınsonu ilə müqayisədə bankomatların sayı 5%, POS-terminalların sayı36,7% artıb.