AZ

İcarəyə götürdüyü evakuatorun mühərrikini satdı - MƏHKƏMƏ İŞİ

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Elgün Səlimovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsə 1000 manat cərimə cəzası kəsib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

İttihama görə, Elgün Səlimov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib.

Belə ki, o, zərərçəkmiş Məhəbbət Qafarova (şərti) məxsus “İsuzi MP Platforma” markalı evakuator avtomobilini ayda 1000 manat ödəməklə icarəyə götürüb. Təqsirləndirilən şəxs 2021-ci ildə bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı dövlət notariat kontorunda Məhəbbətlə görüşüb və evakuator avtomobilinə sürmək üçün etibarnamə alıb. Sonra avtomobili işlədib bir ayın icarə haqqını ödəyib. Daha sonra o, həmin evakuatorun 8000 manat dəyərində mühərrikini sökərək başqa şəxsə dəyərindən ucuz qiymətə, yəni 2000 manata satıb.

Hadisədən sonra Məhəbbət Qafarov hüquq-mühafizə orqanlarına şikayət edib və Elgün Səlimov saxlanılıb. Onun barəsində dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
392
50
olke.az

10Mənbələr