AZ

İşləyib, pul qazanıb yarımçıq qalan evini tikmək istəyirdi, qəzada öldü

Təyyarə qəzasında həlak olan 27 yaşlı Cəlilabad rayon sakini Qoşqar Sadıqov dəfn olunub.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsininin qəzaya uğuraması nəticəsində həlak olan Cəlilabad rayon Mirzəli kənd sakini 1997-ci il təvəllüdlü Qoşqar Furudin oğlu Sadıqovun meyiti ailəsinə təhvil verilib.

Mərhum vida mərasimindən sonra gecə saat 3 radələrində doğulduğu kənddə dəfn olunub.

Qeyd edək ki, ailədə bir qardaş, bir bacı olan Qoşqar subay idi.

O, Çeçenistanın Qroznı şəhərində işləyirdi.

Seçilən
4
3
millitv.net

10Mənbələr