"Milli borcla bağlı vəziyyət dəyişməsə, ABŞ iflasla üzləşə bilər".
Sfera.az xəbər verir ki, bunu biznesmen İlon Mask “X” sosial şəbəkəsində yazıb.
"Biz ya bunu düzəldəcəyik, ya da faktiki olaraq müflis olacağıq",- o bildirib.
Qeyd edək ki, ABŞ-nin dövlət borcu ilk dəfə noyabrın 15-də 36 trilyon dolları ötüb.
Firuzə Əliyeva