İkiqat dünya çempionu və "Milan"ın əfsanəsi Kafu borcları ödəmək üçün əmlakını satmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, 6 yataq otağı, şəxsi lifti, hovuzu, özəl kinoteatrı və futbol meydançası olan mülk 4 milyon funta satılıb.
Maraqlıdır ki, bu, eks-futbolçu ilə bağlı ilk belə hal deyil. Artıq 5 daşınmaz əmlak məhkəmə yolu ilə müsadirə olunub.
Kafunun özünün dediyinə görə, o, San-Pauluda adı açıqlanmayan iş adamına kömək etmək qərarına gəldikdən sonra xoşagəlməz vəziyyətə düşüb. "Mən ona öz reputasiyamı etibar etdim, ona bəzi şeylər borc verdim və sonda bu, yığılan borcun yaranmasına səbəb oldu" - deyə Braizliya millisinin sabiq üzvü bildirib.