AZ

Mikel Arteta “Aston Villa”ya məğlubiyyəti şərh etdi

“Arsenal”ın ispan baş məşqçisi Mikel Arteta “topçular”ın Premyer Liqanın 16-cı turunda “Aston Villa”ya məğlubiyyətini (0:1) şərh edib.

Arena.az BBC-yə istinadən Artetanın bu barədə fikirlərini təqdim edir:

“Məni nə məyus etdi? Nəticə. “Arsenal”ın bu stadionda bu komandaya qarşı oynamasından çox qürur duyuram. Qələbə qazanmağa layiq idik, ancaq cərimə meydançasında daha yaxşı çıxış etməlisən və bəzi şeylər sənin xeyrinə nəticələnməlidir.
Qol vurmamağımız sadəcə bir cəhətdir. Nəzarəti bir az itirdik, xüsusən də ikinci hissədə topu əldən verdik, yüksək oynayaraq müdafiə xəttinin arxasına topu göndərmək həvəsi olduğundan hücuma çox tez keçdik. Bu mənada bir az daha yaxşı oynaya bilərdik”, deyə Arteta oyun haqda bildirib.

Maraqlıdır ki, ispan mütəxəssis bu dəfə hakimlik məsələsi ilə bağlı ətraflı şərh verməkdən imtina edib:

“Bəli, bu barədə çox şey deyə bilərəm, amma şərh verməkdən çəkinməyi üstün tuturam. Yalnız onu deyə bilərəm ki, burada hər şey aydın və aşkardır, bu, mənim fikrimdir”, – “Evening Standard” Artetanın hakimliklə bağlı məsələyə dair sözlərindən sitat gətirir.

Xatırladaq ki, daha əvvəl, Mikel Arteta Premyer Liqanın 11-ci turu çərçivəsində “topçular”ın “Nyukasl”a məğlub olduğu oyundan (0:1) sonra, hakimliklə bağlı dediyi tənqidi sözlərə görə hesabat vermək üçün İngiltərə Futbol Assosiasiyasının (The FA) səlahiyyətli nümayəndələri ilə görüşə çağırılmışdı.

İngiltərə Premyer Liqasının 16 turundan sonra “Aston Villa” 35 xalla 3-cü pillədə qərarlaşıb. “Arsenal” isə məğlub olmaqla liderliyini itirib, “topçular” 36 xalla 2-ci pillədə qərarlaşıblar. Premyer Liqaya 37 xalla “Liverpul” başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
arena.az

10Mənbələr