AZ

Latviya Rusiyanın 1000-dən çox vətəndaşını deportasiya edəcək

Latviya hakimiyyəti yaşayış icazəsi üçün sənəd təqdim etməyən və ya Latviyada müvafiq imtahandan keçməyən 1000-dən çox Rusiya vətəndaşını ölkədən deportasiya etməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Latviyanın BB.lv portalına istinadən Vətəndaşlıq və Miqrasiya Məsələləri Departamentinin (OCMA) rəhbəri Maira Rouz deyib.

“Qovulma 1000-dən çox insana təsir edəcək. Görürük ki, gecikənlər, hər şeyi yoluna qoymağa cəhd edənlər, müvəqqəti yaşamaq üçün müraciət edənlər çoxdur, amma təəssüflər olsun ki, onlara getməli olduqlarını söyləmək məcburiyyətindəyik, çünki qanunda göstərilən bəndlərin heç biri onlara aid deyil”. .

OCMA rəhbəri izah edib ki, Rusiya Federasiyasının təxminən 15,5 min vətəndaşı ölkədə daimi, təxminən 3 min rus isə müvəqqəti yaşamaq üçün müraciət edib.

Bundan əvvəl 3,2 mindən çox Rusiya vətəndaşının Latviyanı tərk etməyə məcbur edilə biləcəyi bildirilirdi. Latviyada daimi yaşayan 3255 rusiyalı yeni immiqrasiya qanununun tələblərinə görə ölkəni tərk etməli və ya hansısa formada yaşayış icazəsi üçün müraciət etməli olduqlarını bildirən məktublar alıb.

Musavat.com

Seçilən
403
50
musavat.com

10Mənbələr