AZ

Bomjlar Keniyanın Moskvadakı səfirliyində “banket” təşkil etdilər - FOTO

Rusiyada iki evsiz Keniya səfirliyinə girərək orada özləri üçün “banket” təşkil edib. Çağırılmamış qonaqlar iqamətgahın ikinci mərtəbəsində gəziblər, dəhlizləri, yataq otağını gözdən keçiriblər, mətbəxdə isə tapdıqlarını yeyib, siqaret çəkib və spirtli içki içiblər.

Polis artıq 26 yaşlı qadını və onun 53 yaşlı yoldaşını saxlayıb.

Bomjların sözlərinə görə, səfirliyin giriş qapısını bərk dartıblar, o da açılıb.

Hüquq-mühafizə orqanından bildirilib ki, evsizləri inzibati həbs və ya cərimə gözləyir.

Seçilən
686
2
seher.media

10Mənbələr