Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında küçədə yaşayan 64 yaşlı Əli adlı kişi öz həyat hekayəsini danışıb.
Onun sözlərinə görə, evi satıldığından yaşamağa yeri yoxdur:
“Bir oğlum var idi, o da avtomobil qəzasında dünyasını dəyişib. Evi oğlum satmışdı. Sonra da qəzaya düşdü, ev ala bilmədik. Əlimdəki pulla kirayədə qalırdım. 3-4 aydır bu vəziyyətdə yaşayıram”.
Küçədə yaşayan şəxs “Yaxşı adam deyiləm. Həyatdan küsmüşəm. Xahiş edirəm, məni narahat etməyin” deyərək sığınacağa yerləşdirilmək təklifindən imtina edib.
Mənbə: www.musavat.com
Digər HADİSƏ xəbərləri
Copyright © 2023 All Rights Reserved. Developed by scorpion.az