AZ

"Xəzər Lənkəran"ın stadionu təmirə bağlandı

Xəzər Lənkəran Mərkəzi Stadionu təmirə bağlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlu feysbuk hesabında paylaşım edib. O, postunda bunları yazıb:

"Çoxsaylı müraciətlər- telefon zəngi, mesajlara ümumi cavab  olaraq yazmağı borc bildim. " Xəzər Lənkəran" stadionunun təmirə bağlanması xəbəri həqiqətdir! Komandanın nə vaxt yaranacağı , komandaya vəsait ayrılıb kimi ifadələrə indidən aldanıb ürəyimizi oynatmayaq.

Amma nəzərə alın ki, 2016 cı ildən sonra bu xəbər- hadisə " Xəzər Lənkəran" ətrafında baş vermiş ən gözəl və ən pozitiv xəbərdir. Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq. Daha gözəl xəbərlər vermək ümidi ilə ən böyük " Xəzər Lənkəran"!


"Xəzər Lənkəran" 2016-cı ildə fəaliyyətini dayandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
16
futbolpress.az

10Mənbələr