AZ

Tayvan sahillərində gücü 6,5-ə çatan 20-dən çox zəlzələ qeydə alınıb

Tayvan

Bakı, 3 aprel, AZƏRTAC

Tayvanın şərq sahillərində maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib.

Dağıntı və tələfatın olduğu bildirilir.

Seçilən
185
Mənbələr
Şərh ()
Bağla