Bakupost.az xəbər verir ki, Tayvan Meteorologiya İdarəsinin məlumatına görə 7,2, ABŞ Geoloji Xidmətinin məlumatına görə isə 7,4 bal gücündə zəlzələ Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda baş verib.
Birinci zəlzələdən 20 dəqiqə sonra Hualien şəhərindən 11 kilometr şimal-şərqdə, 12,6 kilometr dərinlikdə 6,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Tayvan Mərkəzi Meteorologiya İdarəsi zəlzələ ilə birlikdə 1-3 metr hündürlüyündə dalğaların Tayvan və Çin sahillərinə çata biləcəyi barədə xəbərdarlıq edib. Digər tərəfdən, Tayvanın bəzi bölgələrində elektrik və internet kəsilib. Suhua şossesi çökmə səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.
Qeyd edək ki, Tayvanda zəlzələ zamanı 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb.
Elnur
BakuPost