Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Notların səyahəti" adlı konsert proqramı baş tutub.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç tədbirin əhəmiyyətindən danışıb: "Notaların səyahəti” adlı konsert proqramında dombra ifaçısı Arslanbek Sultanbekov və virtuoz Zeyd Şoto Bakıda sənətsevərlərlə bir araya gəldi. Bu görüş müxtəlif mədəniyyətləri tanımaq, yaxınlaşmaq baxımından önəmli əhəmiyyət daşıyır. Sənətin əsas məqsədi birləşdirici və bütünləşdirici mövqe daşımasıdır.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Bosniya və Herseqovinanın bir araya gəlməsinin ortaq mədəni dəyərlərimizi təbliğ etmək üçün bir şans olduğunu hesab edirəm".
Qeyd edək ki, konsertdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, diplomatlar, Azərbaycanın mədəniyyət və incəsənət dünyasının tanınmış simaları və s. bir çox qonaqlar iştirak ediblər.
Xatırladaq ki, konsert proqramında Yunus Əmrənin ilahiləri, türk və bosniya xalq mahnıları səsləndirilib.