Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə”ylə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb.
Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/1995 və 2008/2009-cu illər mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.
“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin təkrar qeydə alındığı yarımfinaldır. 2021/2022-ci illər mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.