ABŞ İran və İsrailin bir-birinin hədəflərinə hücum etməsindən sonra Yaxın Şərqdə gərginliyin azalacağına ümid edir.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
“İndi ümid edirəm ki, biz bölgədə belə bir eskalasiya görməyəcəyik”, – deyə Blinken bildirib.
O əlavə edib ki, ayın əvvəlində Qəzzadakı müharibənin regional münaqişəyə çevrilə biləcəyindən ehtiyat edirdi./axar.az/