AZ

Çin ABŞ-la danışıqlardan imtina etdi

Çin 2023-cü ilin noyabrında keçirilən məsləhətləşmələrdən sonra ABŞ-la silahlara nəzarət və nüvə silahlarının yayılmaması barədə gələcək danışıqlardan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi “Semafor” portalına açıqlamasında deyib.

“Təəssüf ki, Çin növbəti görüşdən imtina etdi və təqdim etdiyimiz variantlara mənalı cavab vermədi. ABŞ Prezidenti Co Baydenin administrasiyası nüvə və kosmik sahədə münaqişə və ya eskalasiyanın əhəmiyyətli riskləri ilə mübarizə aparmaq üçün ağlabatan addımlar təklif etmişdi”, - məlumatda qeyd olunub.

Seçilən
178
50
axar.az

10Mənbələr