AZ

Maskdan daha bir mübahisəli qərar: İstifadəçilərdən pul alacaq

Əvvəllər "Tvitter" kimi tanınan sosial media platforması "X" təməl xüsusiyyətlərindən istifadə etmək üçün Yeni Zelandiya və Filippində yeni istifadəçilərdən ödəniş almağa başlayıb. Platforma illik ödənişi qlobal miqyasda bütün yeni istifadəçilər üçün genişləndirməyi hədəfləyir.

Publika.az xəbər verir ki, sınaq müddətində Filippində və Yeni Zelandiyada yeni istifadəçilər "X"-də paylaşım etmək və qarşılıqlı əlaqədə ola bilmək üçün hər il müvafiq olaraq təxminən 0,75 və 0,85 dollar ödəməli olacaqlar. Şirkətdən bildirilib ki, ödənişdən imtina edənlər yalnız yazıları oxuya, videolara baxa və hesabları izləyə biləcəklər.

“Bu, kiçik ödəniş məbləği ilə platformanın əlçatanlığını balanslaşdırarkən, "X"-də bot və spam hesablarla mübarizə aparmağa kömək edəcək",- şirkətin bəyanatında qeyd edilib.

Qeyd edək ki, botlar insanlar deyil, kompüter proqramları tərəfindən idarə olunan hesablardır.

Seçilən
643
44
publika.az

10Mənbələr