AZ

“İnter” A Seriyasında 53 il öncəki məhsularlığını təkrarladı

İtaliya A Seriyasının 36-cı turu çərçivəsində “Frozinone”yə qarşı səfər oyunu cari mövsümün çempionu “İnter” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda “neradzurri” rəqib qapısından 5 cavabsız qol keçirməklə, 53 il öncəki məhsuldarlığını təkrarlayıb.

Beləliklə, Simone İnzaqinin yetirmələri 53 ildən sonra ilk dəfə A Seriyasında 86 qol vurublar. O vaxt, 1950/1951 mövsümündə Milan təmsilçisi 36 turdan sonra 101 qol vurmuşdu.

“İnter”in bu mövsüm A Seriyasında ən çox qol vurmuş futbolçusu argentinalı mərkəz hücumçusu Lautaro Martinesdir – 24 qol. Fransalı mərkəz hücumçusu Markus Türam və türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu isə çempionatda hərəyə 13 qol vurublar.

Çempionluğunu erkən təmin etmiş “İnter” 36 oyundan 92 xalla A Seriyasının zirvəsində qərarlaşıb. “Milan” 35 oyundan 71 xalla 2-ci pillədədir. “Yuventus” isə 35 oyundan 66 xalla ilk üçlüyü qapayır.

Seçilən
233
10
arena.az

10Mənbələr