AZ

"Azərbaycanın apardığı siyasət heç bir ölkənin geosiyasi maraqlarını təhdid etmir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan və Ermənistan arasında 10 noyabr birgə bəyannaməsi müharibənin başa çatması ilə nəticələndi". Bu sözləri SİA-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, 10 noyabr birgə bəyannaməsi üçtərəfli şəkildə Rusiyanın iştirakı ilə bağlandı: "Bu bəyannaməyə əsasən Rusiya sülhməramlı qüvvələri Qarabağa yeridildi. Onların fəaliyyəti burada təhlükəsizliyi təmin etmək, azərbaycanlı və ermənilər arasında inteqrasiyanı təmin etmək idi. Amma biz Ermənistanın hərəkətləri, seperatizmin inkişafının şahidi olurduq. Bir çox hallarda Rusiya sülhməramlıları da prosesə qarışmırdı.

Azərbaycan 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatlarından sonra bu yerli ermənilərin Qarabağdan könüllü getməsi ilə nəticələndi. Artıq Rusiya sülhməramlılarının Qarabağda qalması da sual doğururdu. Çünki burada əgər ermənilər yoxdursa, Rusiya sülhməramlılarının fəaliyyəti də fəaliyyətsiz kimi xarakterizə olunurdu. Onların çıxarılması istiqamətində Azərbaycan-Rusiya arasında danışıqlar aparıldı. Siyasi iradə ortaya qoyuldu. Rusiya sülhməramlıları Qarabağdan çıxarıldı. Bəzi qüvvələr qeyd edirdilər ki, Rusiya girdiyi yerdən çıxmır, Azərbaycan Rusiyanın yanındadır, Rusiya sülhməramlıları Qarabağda əbədi qalacaqlar. Amma göründüyü kimi olmadı. Onlar vaxtından əvvəl Azərbaycan torpaqlarından çıxdılar. Əlbəttə ki, bu, Azərbaycan-Rusiya arasında münasibətlərin qarşılıqlı etimadından irəli gəldi. Azərbaycanın təcrübəsi var idi,1992, 2013-cü ildə Qəbələdən Rusiya hərbçilərini çıxarmışdı. İndi də Azərbaycan problemsiz Rusiya hərbçilərini Qarabağdan çıxardı. Bu, Rusiya-Azərbaycan arasında qarşılıqlı qonşuluq prinsiplərinin etibarlı şəkildə davam etməsi ilə nəticələndi. Əlaqələrdə hər hansı problem olmamasına gətirib çıxarır. Azərbaycan Rusiya ilə normal münasibətlər qurulmasında maraqlıdır. Rusiya da Azərbaycanın bu tələbini anlayışla qarşıladı. Azərbaycan regionda müstəqil, heç bir dövlətin təlimatı ilə hərəkət etməyən ölkədir. Azərbaycanın regionda apardığı siyasət heç bir ölkənin geosiyasi maraqlarını təhdid etmir".

Müəllif: Söylü Ağazadə
Seçilən
229
32
sia.az

10Mənbələr