AZ

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.
 
Xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək və salatlara kartof əvəzinə kərəviz əlavə edə bilərlər.
 
Bu tərəvəz həm kartof kimi tox saxlayır, həm də ondan qat-qat daha faydalıdır. Bəzi araşdırmalar kərəvizin ehtiva etdiyi qida maddələrinə görə, kartofdan 70 dəfə daha faydalı olduğunu göstərib.
Kərəvizin faydalarını təqdim edirik:
 
- Kərəviz liflə çox zəngindir. Bir çox xəstəliklərdən qorunmaq üçün hər gün lif tərkibli qidalar yemək böyük əhəmiyyət kəsb edir.
 
- Bu tərəvəz orqanizmdəki iltihabı aradan qaldırır.
 
- Həzmi tənzimləyir və qəbizliyin qarşısını alır.
 
- Kalorisi az olduğu üçün arıqladır.
 
- Qan təzyiqini aşağı salır.
 
- İmmunitet sistemini gücləndirir.
 
- Tərkibində antiinflamatuar birləşmələr var.
 
-Tərkibindəki antioksidantlarla qanın lipid səviyyələrini tənzimləyə və bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruya bilər.
 
- Sümük sağlamlığını dəstəkləyir.
 
- O, həmçinin bəzi xərçəng növlərinə tutulma riskini azaldır.
 
Kərəvizin bu faydalarından faydalanmaq üçün onu müntəzəm olaraq istehlak etmək və balanslaşdırılmış qidalanma proqramına daxil etmək vacibdir.
Seçilən
247
50
moderator.az

10Mənbələr