AZ

Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilib.

Musavat.com xəbər verir ki, mayın 18-də “Bentley Hotel”də təşkil olunmuş Sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılıblar. Tədbirdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu da iştirak edib.

Sammit Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlının yekun çıxışı ilə başa çatıb.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

Seçilən
327
2
musavat.com

10Mənbələr