Türkiyənin İzmir şəhərində 17 qanunsuz miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmirin Çeşmə sahillərində bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.
Komandanlığın əməkdaşları Yunanıstan tərəfindən geri qaytarılan 17 nəfəri xilas edib.
Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə