AZ

Baş məşqçmi üstündə “dava” saldılar - İki dəfə çox pul ver...

“Bayern”in yeni baş məşqçi təyin etmək səyləri ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl artıq “Bernli”nin baş məşqçisi Vensan Kompani ilə şəxsi görüş keçirib.

Tərəflər müqavilənin şərtləri barədə razılığa gəliblər.

Hazırda “Bayern” və “Bernli” arasında danışıqlar gedir. Məsələ burasındadır ki, Münhen klubu Kompaniyə görə 10 milyon avro təzminat təklif edir, “Bernli” isə bundan iki dəfə çox – 20 milyon avro tələb edir.

Tomas Tuxel 2023/2024 mövsümünün sonunda “Bayern”in baş məşqçi postunu tərk edəcək. Münhenlilər mövsümü kuboksuz başa vurublar.

Seçilən
141
50
sportinfo.az

10Mənbələr