AZ

“Bilmirəm, adamlara nə cavab verim” - Əli Mirəliyev

"Yoldaşım dünən məlumatı eşidəndən sonra onlara gedib. İki bacı ikisi də ağlayıb. Deyiblər ki, Əliyə kim sual versə, cavab verməsin, vəssalam".

Musavat.com xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında müğənni Əli Mirəliyev yaxım qohumu, mərhum Xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun itkin düşməsi xəbərinə münasibət bildirərkən deyib.

Sənətçi bu barədə danışmamağa qərarlı olduğunu qeyd edib:

"Onsuz öz dərdi özünə bəs idi. Mən bilmirəm, nə baş verdiyindən xəbərsizəm. Bilmirəm adamlara nə cavab verim. Rusiya, Ukrayna, Türkiyə arasında gedib-gəlirdi".

Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov itkin düşüb. Bu barədə "Səni axtarıram" proqramında Orxanın doğma anası Lalə xanım məlumat verib. O, sonuncu dəfə 2023-cü ilin sentyabrında övladı ilə danışdığını bildirib:

"Sonuncu dəfə sentyabrın 22-də danışmışıq. Dedi ki, sabah Türkiyəyə uçur, bileti də var idi. Sonra isə heç bir xəbər gəlmədi".

Onu da qeyd edək ki, İlhamə Quliyeva dünyasını dəyişdikdən sonra sənətçinin ögey bacıları Orxana onun mirasından pay verməyiblər. Bundan sonra Orxan yaşamaq üçün Azərbaycandan başqa bir ölkəyə gedib.

Seçilən
190
50
musavat.com

10Mənbələr