AZ

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3600-4000 MANAT - VAKANSİYA

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Marketinq şöbəsinin Müdiri

Son tarix 29 iyn 2024 - [email protected]

Namizədə olan tələblər: 

  • Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); 
  • Marketinq sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq 3 il);
  • Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
  • Marketinq sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.

Vəzifə öhdəlikləri:  

  • Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
  • Şöbənin işinin təşkili və komandanın səmərəli fəaliyyətinin təmin edilməsi;
  • Bazar araşdırmaları və marketinq təhlili prosesinin təşkili və müvafiq qərarvermə strukturlarının vaxtlı-vaxtında zəruri məlumatlarla təmin edilməsi;
  • Marketinq planlaması, işlərin təşkili, nəzarət və idarəetmə;
  • Şirkətin kommersiya və satış strukturlarının hədəflərinə nail olması istiqamətində müvafiq marketinq kommunikasiyaları işlərinin təşkili və büdcənin idarəedilməsi;
  • CRM proseslərinin səmərəliliyinin təmin edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 3600-4000 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq şöbəsinin Müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Seçilən
51
50
fed.az

10Mənbələr