Aqrar İnnovasiya və Təchizat Şirkəti
Marketinq şöbəsinin Müdiri
Son tarix 29 iyn 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Marketinq sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq 3 il);
- Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- Marketinq sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
- Şöbənin işinin təşkili və komandanın səmərəli fəaliyyətinin təmin edilməsi;
- Bazar araşdırmaları və marketinq təhlili prosesinin təşkili və müvafiq qərarvermə strukturlarının vaxtlı-vaxtında zəruri məlumatlarla təmin edilməsi;
- Marketinq planlaması, işlərin təşkili, nəzarət və idarəetmə;
- Şirkətin kommersiya və satış strukturlarının hədəflərinə nail olması istiqamətində müvafiq marketinq kommunikasiyaları işlərinin təşkili və büdcənin idarəedilməsi;
- CRM proseslərinin səmərəliliyinin təmin edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 3600-4000 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq şöbəsinin Müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.