AZ

ABŞ Qərb silahları ilə Rusiyaya hücum etməyə gizli şəkildə icazə verə bilər

Rusiya ərazisində Ukraynaya qarşı istifadə edilən hərbi obyektlər tezliklə ABŞ-ın raket və mərmilərindən atəşə tutula bilər.

Azpost.info xəbər verir ki, çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun bu icazəni verəcəyini açıq şəkildə etiraf etdi.

“The New York Times”, “The Wall Street Journal” və “Politico”nun yazdığına görə, bu məsələ Ağ Evdə intensiv şəkildə müzakirə olunur.

“The New York Times” yazır ki, prezident Co Bayden həmişə olduğu kimi sussa da, onun milli təhlükəsizlik müşavirləri məsələ ilə bağlı tövsiyələr verir.

Qəzet qeyd edir ki, bu, artıq formal prosesdir. Ağ Ev prezident Vladimir Zelenskinin bir neçə aydır düşmən ərazilərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə çağırışından sonra riskləri yenidən qiymətləndirir.

Azpost.info

Seçilən
160
28
azpost.info

10Mənbələr