AZ

İzmir sahillərində 101 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 101 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Urla və Çeşmə sahillərində rezin qayıqlarda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra əraziyə Komandanlığın əməkdaşları göndərilib.

Komandanlığın əməkdaşları tərəfindən dayandırılan 2 rezin qayıqda 21-i uşaq olmaqla 101 qeyri-qanuni miqrant saxlaınılıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Seçilən
61
5
e-huquq.az

10Mənbələr