AZ

Şolts Almaniyanın Ukraynaya "Patriot" sistemləri göndərəcəyini açıqlayıb

Almaniya yaxın vaxtlarda Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.


Bunu Berlində Ukraynanın Bərpası üzrə Konfransdakı çıxışında Almaniyanın Kansleri Olaf Şolts bildirib.


O deyib ki, Ukraynaya həmçinin “IRIS-T”, “Gepard”, eləcə də bir neçə komplekt raket və silah-sursat göndəriləcək. Kansler həmçinin, bu dəstəyin məqsədini açıqlayıb:


“Hazırda Ukrayna ordusunun daha çox silah-sursata, xüsusilə də Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyacı var. Bu səbəbdən də yaxın həftələr və aylar ərzində biz sayca üçüncü “Patriot” sistemini bu ölkənin istifadəsinə göndərəcəyik. Rəsmi Kiyevə həmçinin əlavə silah-sursat da təhvil verilməsi planlaşdırılır. Bunu ona görə edirik ki, Rusiya və Putin qələbə qazanmağın mümkünsüzlüyün dərk etsin. 2022-ci il fevralın 24-dən etibarən ölkəmiz Ukrayna tərəfinə 30 milyard avro məbləğində hərbi dəstək göstərib”.

Seçilən
178
50
senzor.az

10Mənbələr