AZ

"Aqrar Sığorta"nın sığorta haqqı 2 milyon manatdan çox azalıb

Bu ilin yanvar-aprel aylarında "Aqrar Sığorta" ASC 8 milyon 381 manat sığorta haqqı toplayıb. 

Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin  müvafiq dövrü ilə müqayisədə 2 milyon 149 min manat, yaxud da 20,4 % azdır.  

"Aqrar Sığorta" ASC -nin 2023-cü ilin  yanvar-aprel aylarında topladığı sığorta haqqının həcmi 10 milyon 530 min manat təşkil edib. 

Hesabat dövründə “Aqrar Sığorta" ASC -nin sığorta ödənişlərinin həcmi 2 milyon 028 min manat olub ki, bu da 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 102,5 % çox olub.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

Nara

Seçilən
111
2
valyuta.az

10Mənbələr