Kubaya səfər edən Rusiya donanmasının Florida ştatının cənub sahilinə 50 kilometr yaxınlaşmasından sonra ABŞ Hərbi Dəniz Qüvvələri bölgəyə döyüş gəmiləri və təyyarələri göndərib.ABŞ Şimal Komandanlığının (NORTHCOM) Miami Herald qəzetinə verdiyi açıqlamaya görə, Rusiya donanmasını izləmək üçün bölgəyə 3 esmines və 1 sualtı kəşfiyyat təyyarəsi yerləşdirilib.Açıqlamada ABŞ-ın Rusiya donanmasının bölgədəki mövcudluğu və fəaliyyətindən narahat olmadığı, lakin cənub sahillərinə təxminən 50 kilometr yaxınlaşdığı üçün ABŞ hərbi gəmilərinin təqib üçün yerləşdirilməsinə icazə verdiyi ifadə edilib."Standart prosedurlara uyğun olaraq, biz beynəlxalq sularda Atlantik okeanından tranzit keçən Rusiya gəmilərini fəal şəkildə izləyirik. Rusiyanın regionda yerləşdirilməsi ABŞ üçün birbaşa təhlükə və ya narahatlıq yaratmayan adi dəniz fəaliyyətinin bir hissəsidir", - NORTHCOM-un bəyanatında deyilir.Qeyd edək ki, Kuba Xarici İşlər Nazirliyinin iyunun 6-da verdiyi açıqlamada Rusiyadan 3 gəmi və bir nüvə sualtı gəmisinin paytaxt Havana limanına səfər edəcəyi bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta