"İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasının yüksək vəzifəli səhra komandiri Talıb Abdullanın aradan götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb..."
"Hizbullah" İcraiyyə Şurasının rəhbəri Həşim Səfiddin İsrailin zərbəsi nəticəsində qruplaşmanın yüksək vəzifəli səhra komandiri, Livan-İsrail sərhəddinin mərkəzi hissəsində döyüş fəallığına rəhbərlik etmiş Talıb Abdullanın həlak olmasına cavab olaraq öz hücumlarının intensivliyi və sayının artırılacağını vəd edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" beynəlxalq xəbərlər agentliyi məlumat yayıb.
"Əgər düşmən işğal edilmiş Fələstinin şimalında onunla baş verənlərdən haray qoparıb inildəyirsə, qoy daha çox fəryada və iniltiyə hazır olsun", - Sədiddin deyib.
Bu ərəfədə "Hizbulllah" İsrailin Livanın cənubunda Cuya qəsəbəsi rayonunda aviasiya zərbəsi nəticəsində qruplaşmanın böyük səhra komandirlərinin birinin həlak olduğunu təsdiq edib.
"Çərşənbə axşamı qətlə yetirilən Talib Abdulla yanvar ayında İsrailin zərbəsi nəticəsində həlak olan "Hizbullah"ın yüksək vəzifəli komandiri Vissam Tavildən rütbəcə böyük olub, bunu Livandakı mənbələr məlumat verib. Fələstinin HƏMAS döyüş qrupu Abdullanın ölümü ilə bağlı başsağlığı verərək onu böyük lider adlandırıb", - agentlik qeyd edib.
İsrail Müdafiə Ordusu müharibənin əvvəlindən "Hizbullah"ın məhv edilən ən yüksək vəzifəli komandiri Talıb Sami Abdullanın aradan götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Onun 55 yaşı vardı, böyük təcrübəyə malil olub.
Abdulla öz komanda məntəqəsində qərargah rəisi və digər köməkçiləri ilə birgə döyüş əməliyyatlarına rəhbərlik edərkən aradan götürülüb.
Ərəblər sosial şəbəkələrdə hiddətini gizlətmir və işğal edilmiş Fələstinin şimalında ağır gün" vəd edir.
Bu səhər "Hizbullah" İsrailə ən güclü hücumunu həyata keçirərək, ölkənin şimalındakı şəhərlərə, qəsəbələrə, kibutsalara təxminən 170 raket buraxıb.
Onların bir hissəsi HHM qüvvələri tərəfindən ələ keçirilib, bəziləri o cümlədən Dalton qəsəbəsi rayonunda yerə düşüb. Sasa qəsəbəsinə raketin birbaşa düşməsi qeydə alınıb. Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.