AZ

“Dəmir yumruq” Heydər Əliyevə aid müharibə simvoludur- Komitə sədri

"15 iyun yalnız 1990-cı illərin təqvim hadisəsi deyil və 20 senyabr 2023-cü ildən sonra bütün əzəməti ilə aydın görünən dönüş nöqtəsidir: "Əslində Ulu Öndərin tərcümeyi-halının yarım əsri onlarla xilaskarlıq səhifəsi ilə doludur". Olaylar xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, hazırda Azərbaycana qələbə gətirən "Dəmir Yumruq" əslində Heydər Əliyevə aid müharibə simvoludur: "Ordusuz "Horadiz əməliyyatı", silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin "dəmir iradə"nin nəticəsiydi. Üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, "Lissabon sammitindən sonra erməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım" deməsi Ulu Öndərin ruhunun təntənəsiydi. Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib böyük liderdən əfv diləsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
125
6
olaylar.az

10Mənbələr