AZ

Yaponiya Bankı faizlərə toxunmadı — Yenanın dəyər itkisi davam edə bilər

Yaponiya Mərkəzi Bankının (BoJ) son iclasda uçot faiz dərəcəsini 0-0.1% səviyyəsində saxladı.

Banker.az xəbər verir ki, bu xəbərdən sonra yen ABŞ dollarına qarşı yenidən dəyər itirməklə 158 səviyyəsinə qədər düşüb və bu mayın 3-dən bu tərəfə minimal göstəricidir.

BoJ mart ayında keçirilmiş toplantısında qəbul edilmiş qərarlara uyğun olaraq dövlət istiiqrazlarının (JGB), ödənilməmiş kommersiya qiymətli kağızlarının və korporativ istiqrazların alışını həyata keçirməyi nəzərdən keçirir.

Tədricən baza inflyasiyasının sürətlənəcəyi proqnozlaşdırılır, hazırda isə əmək haqqlarının artımını əks etdirən xidmət qiymətlərində mülayim artımlar hesabına istehlak qiymətlərinin artımı 2-2.5% təşkil edir.

BOJ-nin qərarı, bu gün açıqlanacaq istiqraz alış məbləğində açıq-aşkar azalma ilə bağlı bazar gözləntisindən daha “yumşalma” siyasətinə işarədir, deyə bunu “RBC Capital Markets”-ın analitiki Alvin Tan Bloomberg-ə bildirib.

BOJ həqiqətən istiqraz alışı məbləğinin müəyyən bir şəkildə azaldılmasına qərar verib və ya növbəti iclarda verəcək – bu bazara bir qədər qaranlıq qalan məsələdir.

Bununla belə, Yaponiyanın iqtisadi inkişafı, o cümlədən xarici iqtisadi fəaliyyəti, əmtəə qiymətləri və yerli şirkətlərin əmək haqqı və qiymətlərlə bağlı davranışları ilə bağlı yüksək dərəcədə qeyri-müəyyənlik qalmaqdadır.

Alvin Tan düşünür ki, bu, bazar tərəfindən yumşaq qərar kimi qəbul edilir, USD/JPY məzənnəsinin artımı üçün təzyiqin davam edəcəyi anlamına gəlir. Son vaxtlar ABŞ-də gəlirlərinin azalmasına baxmayaraq, hazırkı durumda dollar/yenanı 158 səviyyəsindən yuxarı qaldıra bilər.

Seçilən
317
29
banker.az

10Mənbələr